Əsas Səhifə > Hadisə > Müğənni Könül Kərimovaya qarşı dələduzluq edən şəxsə cəza istənildi
Müğənni Könül Kərimovaya qarşı dələduzluq edən şəxsə cəza istənildi28-11-2018, 20:25 |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Könül Kərimovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib. Sonra prokuror Vüqar Quliyev çıxış edib. O, çıxışında M. Məmmədovaya qarşı istintaq orqanı tərəfindən irəli sürülən ittihamın məhkəmə zamanı sübuta yetirildiyini qeyd edib. Oxu: Könül Kərimova məhkəmədə: 32 min manat pul verdim Prokuror M. Məmmədovanın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə iclası dekabrın 12-də davam etdiriləcək. Rubrika.Az Geri qayıt |