Əsas Səhifə > Hadisə > Vladimir Putin: "Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir"

Vladimir Putin: "Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir"


28-11-2018, 23:55
Vladimir Putin: "Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir"

"Rusiya iqtisadiyyatı üçün bir barel neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir".

Rubrika.Az “Report” a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda deyib.

“Yadımdadır, 2013-cü ildə neftin bir bareli 43 dollar olub, cari ildə isə 72 dollardır. Məncə, 60 dollar son dərəcə məqbul rəqəmdir və bizə sərf edir. Bu qiymət ədalətlidir”, - deyə Rusiya Prezidenti vurğulayıb.

V.Putinin sözlərinə görə, Rusiya büdcəsinin məxaric hissəsi tərtib edilərkən neftin qiyməti 40 dollardan hesablanıb: "OPEC-lə indi də təmasdayıq, lazım gəlsə, bununla bağlı birgə fəaliyyəti davam etdirəcəyik”.


Rubrika.Az
Geri qayıt