Əsas Səhifə > Hadisə > Paşinyandan Qarabağ separatçılarının liderinə sərt sözlər
Paşinyandan Qarabağ separatçılarının liderinə sərt sözlər29-11-2018, 19:36 |
|
İki gün əvvəl bəzi qüvvələr məni Qarabağı qaytarmaqda ittiham etdilər. Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, bunu noyabrın 29-da seçicilərlə görüşündə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib. “Son zamanlar Qarabağda ermənilərin fəallığını baş düşmürəm. Onlar niyə fəallaşıblar və niyə Ermənistanda keçirilən seçkilərə müdaxilə etmək istəyirlər? Mən Bako Saakyanı öz ətrafındakıları nizam-intizama öyrətməyə səsləyirəm”, - deyə Paşinyan bildirib. Paşinyan separatçıların lideri Saakyanı və onun ətrafındakılarını öz işləri ilə məşğul olmağa çağırıb və bildirib ki, seçkilərdən sonra onlarla söhbət edəcək. Rubrika.Az Geri qayıt |