Əsas Səhifə > Hadisə > Şəmkirdə iki qardaş bıçaqlandı — Biri öldü
Şəmkirdə iki qardaş bıçaqlandı — Biri öldü29-11-2018, 23:29 |
|
Şəmkir rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb. Rubrika.Az "Report"a istinadən məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Rubrika.Az Geri qayıt |