Əsas Səhifə > Hadisə > Tolikin adı ÖLÜM TƏHDİDİndə hallandı - Baş Polis İdarəsinə ÇAĞIRILDI

Tolikin adı ÖLÜM TƏHDİDİndə hallandı - Baş Polis İdarəsinə ÇAĞIRILDI


30-11-2018, 13:31
Tolikin adı ÖLÜM TƏHDİDİndə hallandı - Baş Polis İdarəsinə ÇAĞIRILDI

Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də aylar öncə başına gələn hadisəni canlı yayımda açıqlayıb.

Rubrika.Az Milli.Az-a istinadən xəbər verir ki, məşhur prodüser Elza Seyidcahan və Damla arasındakı gərginliyə görə polis idarəsinə çağırıldığını etiraf edib.

Tolikin E.Seyidcahanla bağlı tükürpədən açıqlaması hər kəsi məəttəl qoyub:

"Biz hansı dövrdə yaşayırıq ki, bu gün kimsə kiməsə hədə-qorxu gəlsin. Elza xanım, mən ilk dəfədi bunu açıqlayıram...

Mən 3-4 ay bundan qabaq Damla barədə burada bəzi şeylər demişdim və Elza xanımın qəzəbinə tuş gəlmişdim. Elza xanım, siz də öz haqqınızı tələb edərək Bakı Şəhər Baş Polis İdarəsinə məndən şikayət vermişdiniz. Daha doğrusu, siz Damladan şikayət vermişdiniz. Guya ki, Damlanın fanatları sizi ölümlə hədələyirlər və orada mənim də adım keçmişdi. Mən sizin bir ifanız var, onu səhifəmdə paylaşmışdım. Orada mən sizə heç bir təhqiramiz söz yazmamışdım. Amma Damlanın fanatları orada etikadan kənar yazırdılar, mən pozurdum o yazılanları. Mən bir vətəndaş kimi çağırıldım BŞBPİ-nə, izahatımı yazdım. Dedim ki, mən telekanalda aparıcıyam və hər bir müğənni haqqında olan qalmaqalı işıqlandıra bilərəm. İstər şəxsi İnstaqram səhifəmdə, istərsə də verilişdə.

Mən heç vaxt verilişin mövzusunu dəyişmirəm. Çünki mən burada "zakaz"la oturmuram. Nə Damlanın, nə Röyanın, nə Aygün xanımın, nə Rəhimin, nə də başqalarının... Və heç kimin sifarişi ilə mən bu verilişdə iş görməyəcəm".

Rubrika.Az
Geri qayıt