Əsas Səhifə > Din > Torpaq sahəsindən istifadə ilə bağlı yeni qərar verildi
Torpaq sahəsindən istifadə ilə bağlı yeni qərar verildi1-12-2018, 10:47 |
|
Nazirlər Kabineti “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nı təsdiq edib. Rubrika.Az-ın Trend-ə istinadla məlumatına görə, bu qərar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 11 iyun tarixli 138 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. Rubrika.Az Geri qayıt |