Əsas Səhifə > Hadisə > Vergi Məcəlləsinə dəyişikliklər biznesin maraqlarını nəzərə alır - RƏSMİ
Vergi Məcəlləsinə dəyişikliklər biznesin maraqlarını nəzərə alır - RƏSMİ3-12-2018, 12:57 |
![]() Azərbaycanın Vergi Məcəlləsinə 2019-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər biznesin maraqlarını nəzərə alır və strateji yol xəritələrinə uyğun hazırlanıb. Rubrika.az Modern.az-a istinadla xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva mətbuat konfransında deyib. O qeyd edib ki, dəyişikliklər strateji yol xəritələrinə nazirlik qarşısında qoyulan öhdəliklərin icra olunmasına yönəlib: “Bu dəyişikliklərin hazırlanması prosesində sahibkarlarla görüşlər keçirilib və beynəlxalq tendensiyalar öyrənilib”. S.Musayevanın sözlərinə görə, dəyişiklikləri beş istiqamətə ayırmaq olar: vergitutmanın şəffaflığının təmin olunması, vergitutma bazasının genişlənməsi, vergi idarəetməsinin təkmilləşdirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, güzəşt və azadolmaların iqtisadi səmərəliliyinin artırılması. Rubrika.az Geri qayıt |