Əsas Səhifə > Hadisə > Azərbaycan Rusiya mobil rabitə operatorları ilə danışıqlar aparır

Azərbaycan Rusiya mobil rabitə operatorları ilə danışıqlar aparır


3-12-2018, 20:43
Azərbaycan Rusiya mobil rabitə operatorları ilə danışıqlar aparır

Azərbaycanla Rusiya mobil rabitə operatorları arasında danışıqlar aparılır.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

O bildirib ki, aparılan danışıqlarda əməkdaşlıqla bağlı məsələlər müzakirə olunur.

Qeyd edək ki, K. Noskov Bakıda keçirilən XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdədir.


Rubrika.Az
Geri qayıt