Əsas Səhifə > Hadisə > İran OPEC-dən çıxmaq fikrində deyil
İran OPEC-dən çıxmaq fikrində deyil3-12-2018, 22:25 |
![]() İran Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) üzvlüyündən çıxmaq niyyətində deyil, amma hasilatın azaldılmasında da iştirak etməyi düşünmür. Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Bloomberg”ə açıqlamasında ölkənin OPEC-dəki daimi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bildirib. O, OPEC+ formatı daxilində hasilatın azaldılmasını müsbət qiymətləndirib. “Əlbəttə İran hasilatı azaltmayacaq. Təbii ki, bunu İrandan xahiş edən yoxdur, çünki mövqeyimiz aydındır: ABŞ bizə qarşı sanksiyalar tətbiq etdiyindən neft hasilatını azaltmaq fikrində deyilik” – deyə iranlı diplomat vurğulayıb. Rubrika.Az Geri qayıt |