Əsas Səhifə > Hadisə > Ermənistan hərbçisi piyadanı vuraraq öldürüb
Ermənistan hərbçisi piyadanı vuraraq öldürüb3-12-2018, 23:45 |
![]() Ermənistan silahlı qüvvələrinin hərbçisi idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadanı vuraraq öldürüb. “Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, 24 yaşlı hərbçi Vardenisdən Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gedən avtomobil yolunda Armavir rayonu Koxaban kəndinin sakini 29 yaşlı Varujan Arutyuyanı vurub. Hadisə ilə bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |