Əsas Səhifə > Hadisə > Əhəd Abıyev avtomobil qəzasına düşüb

Əhəd Abıyev avtomobil qəzasına düşüb


4-12-2018, 14:22
Əhəd Abıyev avtomobil qəzasına düşüb

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

Rubrika.az-ın "Report"a istinadla məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu "Toyota" markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn "VAZ-21099" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt