Əsas Səhifə > Hadisə > Azərbaycanlıların Rusiyadakı toy karvanı müzakirələrə səbəb olub - VİDEO
Azərbaycanlıların Rusiyadakı toy karvanı müzakirələrə səbəb olub - VİDEO4-12-2018, 20:24 |
![]() Rusiyanın Petrozavodsk şəhərində azərbaycanlıların toy korteji qəza şəraiti yaradıb. Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə noyabrın 26-da qeydə alınıb. İşıqforun qırmızı işığında keçən kortej az qala piyadaları vuracaqdı. Sürücülərin təhlükəli manevrləri şəhərdəki müşahidə kameraları tərəfindən lentə alınıb. Hadisənin “baş” qəhrəmanlarından biri Kareliya Respublikasının gənclər parlamentinin 18 yaşlı deputatı Seymur İsmayılov olub. Görüntülər onun şəxsi “Instagram” hesabında paylaşılıb. Nəticədə, deputat tutduğu vəzifədən azad edilib. Kortejdəki avtomobillərin sürücüləri ümumilikdə 100 min rubl (2500 manat) məbləğində cərimələnib. Sosial şəbəkə istifadəçiləri baş vermiş hadisəni kəskin qınayıblar. Rubrika.Az Geri qayıt |