Əsas Səhifə > Hadisə > Bakı Beynəlxalq Avtovağzal Kompleksində İntelektual İdarəetmə Qovşağı istifadəyə veriləcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksində İntelektual İdarəetmə Qovşağı istifadəyə veriləcək


4-12-2018, 23:15
Bakı Beynəlxalq Avtovağzal Kompleksində İntelektual İdarəetmə Qovşağı istifadəyə veriləcək

"Azərbaycanda sərnişindaşımalarla bağlı narazılıqların olduqlarını bilirik. Vəziyyəti düzəltmək üçün ciddi işlər aparılır".

Rubrika.Az xeber verir ki, bunu “Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov bildirib.

Onun sözlərinə görə, bu işlər çərçivəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksində İntelektual İdarəetmə Qovşağı qurulacaq və yaxın vaxtlarda istifadəyə veriləcək.

"Bu qovşaq sərnişindaşıma sahəsində hab funksiyasını yerinə yetirəcək. Hələlik pilot layihə kimi tətbiq ediləcək və tədricən digər yerlərdə də belə qovşaqlar olacaq", - deyə o, qeyd edib.

Rubrika.Az
Geri qayıt