Əsas Səhifə > Hadisə > Qırğızıstan gömrüyünün sabiq rəhbəri Bakı aeroportunda saxlanıldı
Qırğızıstan gömrüyünün sabiq rəhbəri Bakı aeroportunda saxlanıldı5-12-2018, 11:52 |
![]() Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb. Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub. Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb. Rubrika.Az Geri qayıt |