Əsas Səhifə > Hadisə > İraqın neft naziri: "Neft hasilatının azaldılmasına dair yekdil rəyə gəlmək barədə söhbət açmaq hələ tezdir"
İraqın neft naziri: "Neft hasilatının azaldılmasına dair yekdil rəyə gəlmək barədə söhbət açmaq hələ tezdir"5-12-2018, 21:37 |
![]() "OPEC+ ölkələrinin neft hasilatının azaldılmasına dair yekdil rəyə gəlməsi barədə söhbət açmaq hələ tezdir". Rubrika.Az “Report”a istinadən xəbər verir ki, bunu İraqın neft naziri Tamər əl-Qədban deyib. “Qarşıda görüləcək hələ çox işimiz var. Məsələnin həll olunduğunu demək hələ tezdir”, - deyən nazir razılığın əldə olunacağına ümidvar olduğunu vurğulayıb. Qeyd edək ki, dekabrın 5-də Vyanada OPEC+in Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda saziş üzvü olan ölkələrin bazarı balanslaşdırmaq üçün neft hasilatını azaltmalı olub-olmamasına dair tövsiyələr veriləcək. Dekabrın 6-da bu tövsiyələr OPEC konfransında, ardından isə dekabrın 7-də bütün OPEC+ ölkələri tərəfindən müzakirə olunacaq. Rubrika.Az Geri qayıt |