Əsas Səhifə > Hadisə > Milanda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş keçirilir
Milanda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş keçirilir5-12-2018, 23:50 |
|
İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş başlayıb. Rubrika.Az “Report”a istinaden xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat yayıb. "Elə indicə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş başlayıb", - deyə o, "Twitter" mikrobloqunda yazıb. Bundan əvvəl Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Rubrika.Az Geri qayıt |