Əsas Səhifə > Hadisə > Coşqun Rəhimov: Öldü deyə-deyə axırda öldürəcəklər məni

Coşqun Rəhimov: Öldü deyə-deyə axırda öldürəcəklər məni


6-12-2018, 18:45
Coşqun Rəhimov: Öldü deyə-deyə axırda öldürəcəklər məni

“Bu şəhərdə” komandasının sevilən aktyoru, əməkdar artist Coşqun Rəhimov haqda xoşagəlməz xəbərlər yayılıb.

Rubrika.Az Oxu.Az-a istinaden məlumatına görə, sosial şəbəkədə Coşqununu dünyasını dəyişdiyinə dair şayiələr gündəmə çevrilib.

Məsələ ilə bağlı Open.az-a danışan Rəhimov yayılan bu söz-söhbətin əsassız olduğunu vurğulayaraq, belə mövzulara artıq fikir vermədiyini dilə gətirib.

“Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Öldü deyə-deyə axırda məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir”.


Rubrika.Az
Geri qayıt