Əsas Səhifə > Hadisə > Parisdən sonra Afina da qarışdı

Parisdən sonra Afina da qarışdı


6-12-2018, 19:09
Parisdən sonra Afina da qarışdı

Yunanıstanın paytaxtı Afinada bir qrup etirazçı polisə daş və “Molotov kokteyli” atıb.

Rubrika.Az Trend-e istinaden məlumatına görə, etiraz aksiyası 15 yaşlı gəncin polis tərəfindən qətlə yetirilməsinin ildönümü ilə bağlı keçirilib.

Qeyd olunur ki, Afina Universitetindən parlament binasınadək təşkil olunan yürüşdə 400-ə yaxın şəxs qatılıb.

Aksiya zamanı anarxistlər polisə “Molotov kokteyli” atmağa başlayıb. Bir neçə yürüş iştirakçısı saxlanılıb.

Ümumilikdə Afinanın mərkəzi hissəsini 5 mindən çox polis əməkdaşı qoruyur.

Bu gün axşam saatlarında növbəti yürüşün təşkil olunacağı bildirilir. Aksiyalar Yunanıstanın digər şəhərlərində də planlaşdırılır.

Qeyd edək ki, Aleksis Qriqoropulis 2008-ci il dekabrın 6-da polis tərəfindən odlu silahla öldürülmüşdü. Hər il dekabrın 6-ı Afinada və digər şəhərlərdə polislə toqquşmalar qeydə alınır.


Rubrika.Az
Geri qayıt