Əsas Səhifə > Hadisə > AFFA-nın sabiq əməkdaşının oğlu FIFA referisi oldu

AFFA-nın sabiq əməkdaşının oğlu FIFA referisi oldu


6-12-2018, 23:55
AFFA-nın sabiq əməkdaşının oğlu FIFA referisi oldu

Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin siyahısı açıqlanıb.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, ölkəni beynəlxalq futbol oyunlarında təmsil edəcək baş hakimlərin siyahısında dəyişiklik edilib.

Görmə qabiliyyətində problem yaranan və müalicə olunan Ömər Paşayevi 2018-2017-ci illərdə Hakim-İnspektorlar Komitəsinin sədri olmuş, hazırda Azərbaycan Futnet Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan Gülağa Cabbarovun oğlu Rauf Cabbarov əvəzləyib.

Oxu: Azərbaycanlı FIFA referisi: Gözümə soyuq dəyib
Bundan başqa Elçin Səmədli futzal üzrə FIFA referiləri siyahısından yaş limitinə görə çıxarılıb.

Beləliklə, siyahı belədir:

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabbarov;

Referi köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov, Akif Əmirəli, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov;

Futzal: Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı;

Çimərlik futbolu: İnqilab Məmmədov, Əli Cəbrayılov, Sədaqət Vəliyeva;

Qadın referilər: Yuliya Qurbanova, Səbayel Kuzutürk;

Qadın referi köməkçiləri: Gülyana Özcan, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Gülnurə Əkbərzadə.


Rubrika.Az
Geri qayıt