Əsas Səhifə > Mədəniyyət > Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsini tərk edir

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsini tərk edir


7-12-2018, 10:57
Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsini tərk edir

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin sədri Mustafa Abbasbəyli vəzifəsini tərk edir.

Rubrika.az-in "Report"a istinadla əldə etdiyi məlumata görə, sədr assosiasiyaya bu ilin sonuna qədər rəhbərlik edəcək.
Gələn ildən ASA-nın idarə edilməsində dəyişiklik olacaq. Assosiyasiyanın üzvü olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilir.

Rubrika.az
Geri qayıt