Əsas Səhifə > Hadisə > Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTO
Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTO7-12-2018, 18:45 |
|
Azərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib. Rubrika.Az A24.az-a istinadən məlumatına görə, hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib. Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub. Nəticədə, “VAZ-21074” markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb. Qeyd edək ki, polis mayoru Ə.Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |