Əsas Səhifə > Hadisə > Neftin qiyməti 4%-dən çox artıb
Neftin qiyməti 4%-dən çox artıb7-12-2018, 19:45 |
|
Dünya bazarında neftin qiymətində OPEC-in hasilatın azaldılması ilə bağlı razılığa gəlməsi xəbərlərindən sonra 4%-dən çox artım qeydə alınıb. Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, Bakı vaxtı ilə saat 18:07-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,90% artaraq 63 dollar/barel olub. WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 4,58% artaraq 53,85 dollar təşkil edib. Rubrika.Az Geri qayıt |