Əsas Səhifə > Hadisə > Filippin sanksiyalar səbəbindən Rusiyadan helikopter almaqdan imtina edib

Filippin sanksiyalar səbəbindən Rusiyadan helikopter almaqdan imtina edib


7-12-2018, 20:43
Filippin sanksiyalar səbəbindən Rusiyadan helikopter almaqdan imtina edib

Filippin hökuməti Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara görə bu ölkənin helikopterlərini almaqdan imtina edib.

Rubrika.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana məlumat verib.

Onun sözlərinə görə, Filippin bunun əvəzinə ABŞ helikopterləri alacaq: "Rusiya istehsalı olan “Mi-171” tipli helikopterlərinin əvəzinə, 240 milyon dollar məbləğində 16 ədəd “Black Hawk” helikopterinin tədarükü üçün müqavilə gələn il imzalanacaq".


Rubrika.Az
Geri qayıt