Əsas Səhifə > Hadisə > Bərdədə 33 yaşlı piyadanı avtomobil vurub
Bərdədə 33 yaşlı piyadanı avtomobil vurub7-12-2018, 21:33 |
![]() Bərdə rayonunda 33 yaşlı piyadanı avtomobil vurub. Rubrika.Az "Report"un Qarabağ bürosu-na istinaden verdiyi məlumata görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Ford" markalı tranzit avtomobili yolu keçmək istəyən Elgün Astan oğlu Həsənovu vurub. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |