Əsas Səhifə > Hadisə > Xırdalanda sərnişin avtobusu aşıb, 9 nəfər yaralanıb
Xırdalanda sərnişin avtobusu aşıb, 9 nəfər yaralanıb7-12-2018, 22:19 |
![]() Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb. Rubrika.Az “Report”a istinaden xəbər verir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub. Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Rubrika.Az Geri qayıt |