Əsas Səhifə > Hadisə > Abşeronda evə silahlı basqın edildi
Abşeronda evə silahlı basqın edildi7-12-2018, 23:45 |
![]() Abşeron rayonunda qadının evinə basqın edilib. Rubrika.Az Trend-e istinaden məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Xəqani küçəsində baş verib. Naməlum şəxs dekabrın 6-da gecə saat 4 radələrində Xəqani küçəsi 7 saylı ünvanda Ələsgərova Səbinə Asif qızına məxsus evə daxil olaraq qadını yatdığı yerdə bıçaqla hədələyib və qızıl-zinət əşyalarını tələb edib. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlayıb. Rubrika.Az Geri qayıt |