Əsas Səhifə > Hadisə > Ermənistanda “sükut günüdür”

Ermənistanda “sükut günüdür”


8-12-2018, 10:22
Ermənistanda “sükut günüdür”

Ermənistanda “sükut günüdür”.

Rubrika.az “Report”a istinadən xəbər verir ki, bu gündən ölkədə parlamentə keçirilən növbədənkənar seçkidə iştirak edən istənilən siyasi qüvvənin seçki məntəqələri bağlananadək təbliğat aparması qadağandır.

Səsvermə səhər saat 8-dən axşam saat 20.00-dək keçiriləcək. Dekabrın 9-da səsvermə hüququ olan Ermənistan vətəndaşları 2010 seçki məntəqəsində 2 siyasi blok və 7 siyasi partiyanın siyahısına səs verəcək.

Qeyd edək ki, Ermənistanda parlamentə seçkilər yalnız proporsional qaydada keçirilir.

Rubrika.az
Geri qayıt