Əsas Səhifə > Hadisə > Bakıda piyadanı vuraraq öldürən maşın İcra Hakimiyyətinə məxsus olub
Bakıda piyadanı vuraraq öldürən maşın İcra Hakimiyyətinə məxsus olub8-12-2018, 16:44 |
|
Bakıda zibildaşıyan maşının vurduğu piyadanın şəxsiyyəti məlum olub. Rubrika.Az Report-a istinadən bildirir ki, paytaxtın Nəsimi rayonu ərazisində həmin rayonun İcra Hakimiyyətinə məxsus, Qəhrəman Ağababayevin idarə etdiyi "İveco" markalı, 99 JF567 dövlət nömrə nişanlı yük maşını yolu keçmək istəyən, 1963-cü il təvəllüdlü Cümşüd Cəmil oğlu Kərimlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Rubrika.Az Geri qayıt |