Əsas Səhifə > Hadisə > Ermənistan tarixində ilk dəfə əhalinin yarısı seçkilərə getməyib

Ermənistan tarixində ilk dəfə əhalinin yarısı seçkilərə getməyib


10-12-2018, 06:39
Ermənistan tarixində ilk dəfə əhalinin yarısı seçkilərə getməyib

Ermənistanda parlamentə keçirilən növbədənkənar seçkilərdə qeydiyyatda olan seçicilərin sadəcə 48, 63%-i seçkidə iştirak edib.

Bu ölkənin müstəqiliyini elan etdikdən sonra bütün seçki tarxində ilk aşağı göstərici sayılır. Yerli vaxtla saat 20:00-a qədər gələn seçicilərin sayı 1 milyon 260 min 840 nəfər təşkil edib. (Ümumi seçicilərin sayı 2 milyon 592 min 481 nəfərdir).

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Muçuqyan məlumat verib.

Ümumilikdə Ermənistanın bütün böyük şəhərlərində seçicilərin etinasızlığı gözə çarpır. Belə ki, paytaxt İrəvanda 47,6% (404599), ikinci böyük şəhər sayılan Gümrüdə 39,22% (48817), Vanadzorda isə 46,66%-lik (44949) iştirak qeydə alınıb.

Beləliklə, bu statistika 2017-ci ilin aprelin 2-də keçirilən parlament seçkilərədən 12% azdır. Həmin vaxt iştirak 60,86% təşkil edirdi. Paytaxt İrəvanda isə seçki məntəqələrinə gələnlərin sayı 58,46% olmuşdu.

Rubrika.az
Geri qayıt