Əsas Səhifə > Dünya > Fransa ABŞ prezidentini ölkənin daxili işlərinə qarışmamağa çağırıb

Fransa ABŞ prezidentini ölkənin daxili işlərinə qarışmamağa çağırıb


10-12-2018, 06:54
Fransa ABŞ prezidentini ölkənin daxili işlərinə qarışmamağa çağırıb

Fransa ABŞ prezidenti Donald Trampı ölkənin daxili siyasətinə qarışmamağa çağırıb.

Rubrika.az “Report”a istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Jan-İv Le Drian Trampın Fransada keçirilən etiraz aksiyaları ilə bağlı tvitinə cavab verərkən deyib.

"Bizim ABŞ-ın daxili siyasəti ilə işimiz yoxdur və bunun qarşılıqlı olmasını istəyirik. Mən bunu Donald Trampa deyirəm, eyni şeyi Fransa prezidenti də deyir: bizim xalqı rahat buraxın", - deyə Le Drian bildirib.

Rubrika.az
Geri qayıt