Əsas Səhifə > Din > Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil
Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil11-12-2018, 10:06 |
|
Badamdar sürüşmə sahəsində tədqiqat işləri aparmaq üçün qrafik tətbiq olunub. Bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib. Onun sözlərinə görə, tərtib olunan qrafikə uyğun olaraq iş aparılır: “Tədqiqat işlərinin nəticəsi olaraq sürüşmə zonası ilə bağlı layihə tərtib olunacaq və Nazirlər Kabinetinə göndəriləcək. Hələlik ərazidə vəziyyət tam stabildir”. Təyyar Hüseynli qeyd edib ki, sürüşmə zonasındakı aparılan tədqiqat işləri 4-5 ay vaxt aparacaq: “Kiminsə köçürülməsi məsələsi ortaya qoyulmayıb. Sürüşmə sahəsində yuxarı hissədə yerləşən fərdi təsərrüfatların bəzilərində yaşayış var və onlara həmin evlərdə müvəqqəti olaraq yaşamamaq məsləhət görülüb”. Rubrika.Az Geri qayıt |