Əsas Səhifə > Hadisə > Siqaretlə bağlı cərimə bu gündən qüvvədədir - 50 manat
Siqaretlə bağlı cərimə bu gündən qüvvədədir - 50 manat11-12-2018, 10:25 |
|
Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvə alıb. Rubrika.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ekspert Ərşad Hüseynov yayıb. O bildirib ki, bu gündən etibarən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə alıb: “İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər” Rubrika.Az Geri qayıt |