Əsas Səhifə > Hadisə > Özündən 25 yaş böyük kişini bıçaqlayaraq öldürdü

Özündən 25 yaş böyük kişini bıçaqlayaraq öldürdü


11-12-2018, 10:33
Özündən 25 yaş böyük kişini bıçaqlayaraq öldürdü

Dekabrın 8-də Quba rayonu, İkinci Nügədində yaşayan 1961-ci il təvəllüdlü Heybət Heybətov qarnından və kürəyindən bıçaqlanıb.

Rubrika.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, H.Heybətov Quba Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini 1986-cı il təvəllüdlü Mehman Balayev saxlanılıb.

Dekabrın 10-da H.Heybətov müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt