Əsas Səhifə > Təhsil > Bundan sonra universitetlərə rektor 5 illik təyin olunacaq - FƏRMAN

Bundan sonra universitetlərə rektor 5 illik təyin olunacaq - FƏRMAN


11-12-2018, 10:53
Bundan sonra universitetlərə rektor 5 illik təyin olunacaq - FƏRMAN

Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək.

Rubrika.Az-ın Modern.az-a istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Bu müddəa bu Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.

Rubrika.Az
Geri qayıt