Əsas Səhifə > Hadisə > Azərbaycanda yeni dəmir yolu xətti tikiləcək - 30 milyon manat ayrıldı
Azərbaycanda yeni dəmir yolu xətti tikiləcək - 30 milyon manat ayrıldı11-12-2018, 18:37 |
|
Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, sərəncama əsasən, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 30,0 (otuz) milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb. Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Rubrika.Az Geri qayıt |