Əsas Səhifə > Hadisə > Rusiya bankı Azərbaycanı tərk edir

Rusiya bankı Azərbaycanı tərk edir


12-12-2018, 10:47
Rusiya bankı Azərbaycanı tərk edir

“Rusiya Kənd Təsərrüfatı Bankı” SC-nin (“Rosselxozbank”) Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunub.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, korpus 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Rusiya Kənd Təsərrüfatı Bankı”nın Azərbaycandakı nümayəndəliyi 2010-cu ilin martın 16-da dövlət qeydiyyatına alınıb. Nümayəndəliyin qanuni təmsilçisi Bəxtiyar Ağayevdir.

Rubrika.Az
Geri qayıt