Əsas Səhifə > Hadisə > Azərbaycanlı fəallardan xəbər yoxdur – Gizli həbs
Azərbaycanlı fəallardan xəbər yoxdur – Gizli həbs12-12-2018, 11:10 |
|
Güney Azərbaycandan olan milli-mədəni fəallar Rza Cəfərlu və Əkbər Quluzadə Urmiyada saxlanılıb. Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılan fəallara qarşı hansı ittihamın irəli sürüldüyü məlum deyil. Azərbaycanlı fəallar dekabrın 8-də saxlanılsa da, bu barədə məlumatın yayılması gecikdirilib. Hələlik fəalların harada saxlandığı məlum deyil. Rza Cəfərlu və Əkbər Quluzadənin ailəsi onların vəziyyəti haqda məlumat əldə edə bilmədiyi üçün narahatdır. Rubrika.az Geri qayıt |