Əsas Səhifə > Səhiyyə > Çavuşoğlu Azərbaycana səfər edəcək
Çavuşoğlu Azərbaycana səfər edəcək12-12-2018, 12:56 |
![]() Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər. Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də baş tutacaq. Nazirlikdən bildiriblər ki, iclas zamanı Azərbaycanın QDİƏT-ə sədrliyinin yekunları müzakirə olunacaq: “Bundan başqa, iqtisadi əməkdaşlıq sahəsində gündəlikdə dayanan nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi məsələlər nəzərdən keçiriləcək”. Rubrika.az Geri qayıt |