Əsas Səhifə > Hadisə > Paytaxtda tikiş sexində partlayış olub, 2 nəfər xəsarət alıb
Paytaxtda tikiş sexində partlayış olub, 2 nəfər xəsarət alıb12-12-2018, 18:48 |
![]() Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib. Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Rubrika.Az Geri qayıt |