Əsas Səhifə > Hadisə > ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi
ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi12-12-2018, 19:23 |
![]() ABŞ-ın Yerevandakı səfirliyi çərşənbə günü, dekabrın 12-də vətəndaşlarını tətil zamanı Ermənistana səfər edərkən sayıq olmağa çağırıb. Rubrika.Az RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda deyilir. “ABŞ-ın Yerevandakı səfirliyi tətil mövsümünün yaxınlaşması ilə əlaqədar vətəndaşlarını sayıq olmağa çağırır. Bu dövr ərzində qarət və soyğunçuluq halları arta bilər”, - deyə məlumatda vurğulanır. Diplomatik nümayəndəlikdə bəyan ediblər ki, transmilli terror təşkilatları və ekstremist ideologiyası ilə ruhlanan ayrı-ayrı şəxslər tərəfindən daima təhlükə var. “Ekstremistlər turistlərin çox olduğu yerləri, o cümlədən, ticarət mərkəzlərini, aeroportları, klubları, restoranları və nəqliyyat qovşaqlarını diqqət mərkəzində saxlayırlar”, - bəyanatda qeyd olunur. Rubrika.Az Geri qayıt |