Əsas Səhifə > Hadisə > Bakı metrosunda dava düşdü
Bakı metrosunda dava düşdü12-12-2018, 19:35 |
|
Bakı metrosunun “Gənclik” stansiyasında dava düşüb. Rubrika.Az Oxu.Az-a istinaden məlumatına görə, hadisə saat 18:37-də baş verib. Bir neçə nəfər naməlum səbəblərdən dava edib və stansiyada sıxlıq yaşanıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı saytımıza təsdiqləyib. Onun sözlərinə görə, qatara minən və düşən sərnişinlər arasında mübahisə düşüb: “İki sərnişin mübahisə edib. İnsident böyüdüyü üçün metropoliten işçiləri və polis əməkdaşları vəziyyətə müdaxilə edib. Sərnişinlər hazırda ifadə verir. Daha ətraflı məlumat veriləcək”. Rubrika.Az Geri qayıt |