Əsas Səhifə > Hadisə > Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ - ƏMR
Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ - ƏMR13-12-2018, 14:37 |
![]() Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib. Rubrika.Az bildirir ki, Unikal.org-a daxil olan məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə, Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri təyin edilib. Xəbəri Unikal.org-a Aydın Əzizov təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl A.Əzizov Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı. Rubrika.Az Geri qayıt |