Əsas Səhifə > Hadisə > Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib

Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib


13-12-2018, 18:47
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib

Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, bu barədə müvafiq sərəncamı dekabrın 13-də prezident İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.


Rubrika.Az
Geri qayıt