Əsas Səhifə > Hadisə > UEFA erməni azarkeşlərin Çipolinoya qəzəbini bağışlamadı
UEFA erməni azarkeşlərin Çipolinoya qəzəbini bağışlamadı14-12-2018, 22:27 |
|
UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro cərimələyib. Rubrika.Az Oxu.Az -a istinaden xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında yer alan məlumatda bildirilir. Qeyd olunur ki, buna UEFA Millətlər Liqasının III turunda Ermənistan - Cəbəllütariq oyununda yerli azarkeşlərin qeyri-etik davranışı səbəb olub. Həmin oyun meydan sahiblərinin məğlubiyyəti ilə nəticələnib. Oyunun müqəddəratını həll edən yeganə qolu 50-ci dəqiqədə penaltidən Cozef Çipolino vurub. Rubrika.Az Geri qayıt |