Əsas Səhifə > Hadisə > Xəbərdarlıq: Yağış, qar yağacaq, çaylarda sululuq artacaq
Xəbərdarlıq: Yağış, qar yağacaq, çaylarda sululuq artacaq15-12-2018, 18:03 |
![]() 17-19 dekabrda Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. Rubrika.Az Geri qayıt |