Əsas Səhifə > Hadisə > Amerikalı alimdən xəbərdarlıq: Kütləvi işsizlik olacaq
Amerikalı alimdən xəbərdarlıq: Kütləvi işsizlik olacaq15-12-2018, 20:17 |
|
2020-ci ildə dünyada kütləvi işsizlik olacaq. Düzdür, müəyyən iş yerləri olacaq, amma 2020-ci ildən ən böyük problemimiz işsizlik olacaq. Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, bunu Milli Məclisdə (MM) çıxışı zamanı Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında professor Daniel Susskind deyib. O qeyd edib ki, bu problemin kökündə elm və texnologiyanın sürətli inkişafı, onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır: “Çünki texnologiyalar inkişaf etdikcə, işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür”. Onun sözlərinə görə, 2020-ci ildə və ondan sonra qarşıda dayanan əsas məsələlərdən biri şəffaflıq olacaq: “Bu istiqamətdə ciddi düşünməyə ehtiyac var”. Rubrika.Az Geri qayıt |