Əsas Səhifə > Hadisə > Şri-Lankanın baş naziri istefa verib
Şri-Lankanın baş naziri istefa verib15-12-2018, 22:30 |
![]() Şri-Lankanın baş naziri Mahinda Racapaksa dekabrın 15-də postunu tərk edib. Rubrika.Az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Mahinda Racapaksa bu addımı “dövlətdə sabitliyin təmin olunması” məqsədilə atdığını bildirib. “Press Trust of India” agentliyinin məlumatına görə, Şri-Lanka hökumətinin başçısı postuna prezident Maytripala Sirisenanın oktyabr ayında istefaya göndərdiyi Ranil Vikramasinqhe qayıdacaq. Ölkədə siyasi böhran oktyabrın 26-da baş nazir postunda Ranil Vikramasinqheni əvəzləyən Mahinda Racapaksanın andiçmə mərasimindən sonra başlayıb. Şri-Lanka Ali Məhkəməsinin dekabrın 13-də çıxardığı qərara əsasən, Racapaksa Baş nazir funksiyasını yerinə yetirə bilməz. Bu səbəbdən də o, vəzifəsini tərk etməli olub. Rubrika.Az Geri qayıt |