Əsas Səhifə > Hadisə > “Neftçi” Azərbaycan Kubokunda “Sumqayıt”a uduzub
“Neftçi” Azərbaycan Kubokunda “Sumqayıt”a uduzub15-12-2018, 23:45 |
![]() Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib. Rubrika.Az "Report"a istinaden xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əli Babayev 28-ci dəqiqədə penaltidən fərqlənib. Şəhriyar Əliyev isə 45+4-cü dəqiqədə künc zərbəsindən sonra başla qol vurub. Maraqlıdır ki, hər iki qolun müəllifi zədələnərək oyunu davam etdirə bilməyib. Matçın ilk hissəsində ayağından zərbə alan Ə.Babayev fasilədən sonra, 55-ci dəqiqədə Cavid Tağıyevlə əvəzlənib. Qarşılaşmanın 62-ci dəqiqəsində zədələnən Şəhriyar Əliyev isə yerini Murad Xaçayevə verib. Oyunun 88-ci dəqiqəsində "Neftçi"nin heyətində Anton Krivotsyuq simulyasiya etdiyi üçün ikinci dəfə sarı vərəqə alıb və meydandan qovulub. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 19-da “Kapital Bank Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq. Günün ilk oyununda "Zirə" və "Səbail" komandaları üz-üzə gəlib. Rubrika.Az Geri qayıt |