Əsas Səhifə > Hadisə > Son iki gündə yol qəzalarında 6 nəfər ölüb, 12 nəfər xəsarət alıb
Son iki gündə yol qəzalarında 6 nəfər ölüb, 12 nəfər xəsarət alıb17-12-2018, 10:05 |
|
Son 2 gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən son 2 gün ərzində 209 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb. Rubrika.az Geri qayıt |