Əsas Səhifə > Hadisə > Mübariz İbrahimovun qardaşından məhkəmə xəbərinə REAKSİYA
Mübariz İbrahimovun qardaşından məhkəmə xəbərinə REAKSİYA17-12-2018, 15:19 |
|
Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov “psixoloq” Nərmin Şahmarzadənin məhkəməyə verilməsinə münasibət bildirib. Rubrika.Az bildirir ki, R.İbrahimov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, xalq sözügedən şəxsə lazımi cavabı verib: “Atam dəfələrlə çıxışlarında deyib ki, Mübariz bütün xalqın övladıdır. Bu məsələdə də xalq öz mövqeyini ortaya qoydu. Mən başqa nəsə danışmaq istəmirəm”. Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya, 3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Xatırladaq ki, N.Şahmarzadə M.İbrahimovu qəhrəman hesab etmədiyini bildirmiş və onu qatil adlandırmışdı. Rubrika.Az Geri qayıt |